İDMAN


SƏRBƏST GÜLƏŞÇİLƏRİMİZ İL ƏRZİNDƏ BEYNƏLXALQ YARIŞLARDA 39 MEDAL QAZANMIŞLAR

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, sərbəst güləşçilərimizin bu il ərzində beynəlxalq idman tədbirlərində qazandıqları nailiyyətlər qənaətbəxşdir. Pəhləvanlarımız, ümumilikdə, 12 qızıl, 10 gümüş və 17 bürünc medal əldə etmişlər.

Belə ki, kişilər arasında Avropa çempionatında Elman Əsgərov (66 kq) iki il öncəki uğurunu təkrarlayaraq, gümüş medal qazanmışdır. Namiq Sevdimov (55 kq) bu yarışda beşinci, Tələbələrin Ümumdünya Universiadasında isə ikinci yer tutmuşdur. Həmçinin, İzmir şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunmuş beynəlxalq qran-pri turnirində Namiq Sevdimov gümüş, Əsgərxan Novruzov (55 kq) və Müslüm Müslümov (96 kq) bürünc medala sahib olmuşlar. Litvanın paytaxtı Vilnüsdə hərbçilərin dünya çempionatında isə Əsgərxan Novruzov bürünc medal əldə etmişdir.

Elnur Əliyev (74 kq) Vilnüsdə keçirilən dünya birinciliyində bürünc, Polşanın Vrotslav şəhərində təşkil olunan Avropa birinciliyində isə qızıl medal qazanmışdır. Qitə birinciliyində Cəlal Süleymanov (65 kq) və Xaqan Süleymanov (60 kq) üçüncü yer tutmuşlar. İdman ustası, şəhid Müşfiq İsayevin xatirəsinə keçirilən beynəlxalq turnirdə yeniyetmə pəhləvanlarımızdan 4-ü qızıl, 7-si gümüş, 9-u bürünc medala layiq görülmüşlər.

Yeniyetmələrin Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa birinciliyində Etimad Qurbanov (54 kq) gümüş, Cəbrayıl Həsənov (46 kq), Elçin Həsənov (50 kq), Azər Həşimov (58 kq) və Elçin Babayev (63 kq) bürünc medallara sahib olmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.