İDMAN


SƏRBƏST GÜLƏŞÇİLƏRİMİZ OLİMPİYA LİSENZİYALARI UĞRUNDA MÜBARİZƏ APARACAQLAR

Fevralın 29-da Bratislavada sərbəst güləş üzrə “Super A” dərəcəsində olimpiyaqabağı lisenziya turniri başlanacaqdır. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, fevralın 5-də başa çatacaq bu turnirdə ölkəmizi beş güləşçi – Namiq Abdullayev (55 kiloqram), Elman Əsgərov (66 kq), Hacımurad Hacımuradov (84 kq), Rüstəm Ağayev (96 kq) və Nikolay Telegin (120 kq) təmsil edəcəklər.

Turnirin qaydalarına görə, ilk beş yeri tutan idmançılar Olimpiya oyunlarına vəsiqə alacaqlar.

Xatırladaq ki, sərbəst güləşçilərimizdən hələlik Arif Abdullayev (60 kq) və Elnur Aslanov (74 kq) 2004-cü ilin Afina oyunlarına vəsiqə almışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.