İDMAN


SƏRBƏST GÜLƏŞ ÜZRƏ ÖLKƏ ÇEMPİONATINA START VERİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, yanvarın 13-də Bakı Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə ölkə çempionatına start verilmişdir. Ölkəmizin müxtəlif regionlarından, ümumilikdə, 130-a yaxın pəhləvanın 8 çəki dərəcəsində mübarizə apardığı yarışları milli yığma komandanın baş məşqçisi Aslan Ağayevin rəhbərliyi ilə hakimlər briqadası idarə edir. Məqsəd ən güclüləri obyektiv şəkildə aşkarlamaq və gələcəkdə milli yığma komandanın heyətinə cəlb edərək, beynəlxalq idman tədbirlərinə hazırlamaqdır.

Yarışların ilk günü ölkə çempionu Mədət Süleymanov (50 kq), Avropa çempionatında 5-ci olmuş İbad Məmmədov (60 kq), Afina Yay Olimpiya oyunlarının iştirakçısı, gənclər arasında dünya çempionatının gümüş və Avropa çempionatının bürünc mükafatçısı Elnur Aslanov (74 kq), dünya kubokunun sahibi, Avropa birinciliyinin gümüş medalçısı Vüqar Qurbanov (96 kq) birinci yer tutmuşlar. Digər 4 çəkidə qaliblər yanvarın 14-də məlum olacaqdır.

Yanvarın 15-16-da isə yunan-Roma güləşi üzrə ölkə çempionatı keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.