İQTİSADİYYAT


SƏRGİDƏ 32 NÜFUZLU ŞİRKƏT İŞTİRAK EDƏCƏKDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycanda III Beynəlxalq nəqliyyat və logistika sərgisi ilə bağlı mayın 18-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirilmişdir.

Mətbuat konfransında Respublika Ticarət və Sənaye Palatasının nümayəndələri, “İteka Kaspian” şirkətinin rəhbərləri, sərginin digər təşkilatçıları iştirak etmişlər.

İştirakçılara sərgi barədə ətraflı məlumat verilmişdir. İki gün davam edəcək sərgidə nəqliyyat sənayesinin mütəxəssislərinə aşağıdakı bölmələr üzrə məhsullar nümayiş etdiriləcəkdir: avtomobil, dəmir yolu, dəniz, hava nəqliyyatları, qarışıq nəqliyyat, yüklərin hazır şəkildə daşınması üçün avadanlıq, limanlar, yük terminalları, anbarlar və sair. Tədbirdə 10 ölkədən 32 nüfuzlu şirkət iştirak edəcəkdir. Məhsulların əksəriyyəti maket şəklində nümayiş etdiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.