REGİONLAR
SƏRHƏD KEÇİD MƏNTƏQƏLƏRİ GÜCLƏNDİRİLİR
Respublikamızın sərhəd keçid məntəqələrində karantin xidmətinin fəaliyyətini gücləndirmək məqsədilə Astara, Samur, Qazax və Biləsuvarda Kənd Təsərrüfatı Nazirliyinin Bitki mühafizəsi və karantin idarəsinin əməkdaşları üçün müasir tipli binalar inşa edilir.
Həmin idarədən AZƏRTAC-a bildirmişlər ki, Astara və Samur keçid məntəqələrinə martın sonunadək laboratiyalar veriləcəkdir. Türkiyənin TİKA təşkilatı həmin laboratoriyaları müvafiq avadanlıqla təmin etmək məqsədilə 20 min dollar vəsait ayırmışdır.
Astarada karantin xidməti üçün nəzərdə tutulan bina artıq hazırdır. Digər sərhəd keçid məntəqələrində isə belə obyektlərin tikintisi davam etdirilir. Həmin binalar bitki mühafizəsi və karantin xidmətindən əldə olunan vəsaitin hesabına inşa olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]