SİYASƏT


SƏRHƏD XİDMƏTLƏRİNİN NÜMAYƏNDƏLƏRİ ÜÇÜN BEYNƏLXALQ KONFRANS

İyulun 14-də “Crescent Beach” mehmanxanasında sərhəd xidmətlərinin nümayəndələri üçün “Sərhəd xidmətinin islahatı təcrübəsi və perspektivləri: sərhəd qoşunlarından sərhəd polisinədək” mövzusunda beynəlxalq konfrans açılmışdır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təşəbbüsü ilə təşkil olunan tədbirdə səkkiz ölkənin – Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Slovakiya, Polşa, Çexiya və Litvanın sərhəd xidmətlərinin yüksək vəzifəli nümayəndələri iştirak edirlər. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, sərhəd qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev tədbiri açaraq, respublikamızın paytaxtını beynəlxalq konfransın keçirilməsi yeri kimi seçdiklərinə görə onun təşkilatçılarına minnətdarlığını bildirdi. O, belə bir forumun keçirilməsinin vacibliyini vurğuladı və bunu onunla əsaslandırdı ki, indi ölkələrimizin sərhədçiləri təkcə öz dövlətlərinin mənafelərini qorumur, həm də bütün dünya birliyinin təhlükəsizliyini təmin edirlər. Elçin Quliyev həmçinin qeyd etdi ki, sərhəd xidmətləri formalaşma və yenidənqurma çətinlikləri ilə də qarşılaşırlar. Odur ki, dost ölkələrin sərhəd xidmətləri arasında əməkdaşlığı və təcrübə mübadiləsini genişləndirmək lazımdır. Konfransda Slovakiya, Çexiya və Litva sərhəd xidmətlərinin nümayəndələri də çıxış edərək, öz ölkələrinin müvafiq strukturlarının yenidən qurulması təcrübəsindən danışdılar. Konfrans iyulun 15-də başa çatacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.