DÜNYA
ŞARP KORPORASİYASI MOBİL TELEFONLAR ÜÇÜN 3D KAMERASINI HAZIRLAMIŞDIR
Bakı, 15 may (AZƏRTAC). Şarp korporasiyası mobil telefonlar və digər portativ qurğular üçün üçölçülü kamera hazırlamışdır. Yeni qurğu videoçəkilişləri yüksək dəqiqliklə (720r) aparmağa qadir olan mobil telefonlar üçün dünyada ilk kamera olacaqdır.
Yaponiya şirkətinin hazırladığı kamera bir-biri ilə birləşdirilmiş iki linzadan ibarətdir. Linzalar sağ və sol göz üçün ayrı-ayrı təsvirləri eyni vaxtda çəkəçəkdir. Bu zaman təsvirlərin işlənməsi, məsələn parlaqlığın müəyyənləşdirilməsi, işığın nizamlanması və videosiqnalın sinxronlaşdırılması eyni vaxtda baş verəcəkdir.
Sınaq nümunələrinin istehsalçılar tərəfindən iyul ayında göndəriləcəyi bildirilir. Şarp korporasiyası bu ilin axırınadək yeni modulların kütləvi istehsalına başlamağı planlaşdırır.
Bu gün bir çox elektron cihaz istehsalçısı, o cümlədən Sony, Panasonic və Samsung üçölçülü təsvirləri çəkməyə qadir olan 3D televizorlarını, habelə kameralar istehsal etdiklərini bildirirlər. Belə televizorlarda 3D formatında videoçarxlara baxmaq üçün xüsusi eynəklər taxmaq lazımdır.
2009-cu ilin əvvəlində Yaponiyada üçölçülü ekranı olan mobil telefon istehsal edilmişdir. Həmin telefon filmləri, təsvirləri, habelə 3D oyunları göstərməyə qadirdir. 2010-cu ilin aprelində Şarp korporasiyası mobil qurğular üçün sensorlu displeylər təqdim etmişdir.