İQTİSADİYYAT
“ŞƏRQİ AZƏRİ” YATAĞINDA DAYAQ TAVASI QURAŞDIRILMIŞDIR
“Şərqi Azəri” yatağının yaşayış bloklu, qazma və hasilat platforması üçün sualtı dayaq tavasının quraşdırılması işi başa çatdırılmış, 506 tonluq tava dənizin dibinə bərkidilmişdir. Bu əməliyyat BQŞ-Şelf alyansı tərəfindən həyata keçirilmişdir.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, podratçı şirkət həmin işlərin görülməsinə yaxın ərazilərdə yaşayan 60 nəfərədək yerli vətəndaş cəlb etmişdir. Tava “Azərbaycan” kran dənizi və “TMİ-2” nəqliyyat gəmisinin köməyi ilə quraşdırılmışdır.
Öncə qazma proqramına əsasən yataqda ”Dədə Qorqud” yarımdalma qurğusu vasitəsilə 6 quyu-beş hasilat, həmçinin şlamları yenidən laya vurmaq üçün daha bir quyu qazılacaqdır.
“Şərqi Azəri” yatağında ilk neftin hasilatına 2007-ildə başlanacaqdır.