CƏMİYYƏT


SARS-CoV-2 virusunu məhv edən içkilər

Bakı, 14 noyabr, AZƏRTAC

Almaniyalı alimlər yaşıl çay, nar və mərcanı şirələrinin COVID-19 inkişafına səbəb olan SARS-CoV-2 virusunu məhv etmək potensialına sahib olduqlarını aşkarlayıblar. Təcrübə zamanı şirə və çay laboratoriya şəraitində infeksiyasının hüceyrə inkişafının qarşısını alıb. Tədqiqatçılar bu maddələri viral hissəciklərlə qarışdıraraq, qrip virusu, 5 tip adenovirus və SARS-CoV-2 əlavə ediblər.

AZƏRTAC “MedikForum” saytına istinadla xəbər verir ki, müşahidə otaq temperaturunda davam edib.

Müəyyən edilib ki, quş armudu şirəsi virus hissəciklərinin fəallığını təxminən 3 min dəfə, eyni zamanda, nar və gəndalaş şirəsi, həmçinin yaşıl çay bu fəallığı 10 dəfə azaldır. Ekspertlər müxtəlif şirələr və çayların vasitəsilə donuz qripinə təsir ediblər. Şirənin bütün növləri yalnız 5 dəqiqə ərzində virusların 99 faizini təsirsiz hala gətiriblər.

Araşdırmanın müəllifləri virusun ağız boşluğundan ağciyərlərə nüfuz etməsinin qarşısını almaq üçün insanlara ağızlarını mütəmadi olaraq yaşıl çay və qeyd olunan şirələrlə yaxalamağı məsləhət görürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.