REGİONLAR
ŞƏRUR BAYTARLIQ XİDMƏTİ ƏMƏKDAŞLARININ İŞ ŞƏRAİTİ YAXŞILAŞDIRILIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şərur Rayon Baytarlıq İdarəsi üçün yeni inzibati bina istifadəyə verilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Elmar Quliyev mərasimdə aqrar sektorun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov əməkdaşları təbrik etmiş, onlara xoş arzularını bildirmişdir.
Üçmərtəbəli binada baytarlıq xidmətinin səviyyəsini yüksəltmək üçün hər cür şərait yaradılmışdır. Burada Rusiya, Almaniya və başqa ölkələrin istehsalı olan avadanlıq quraşdırılmışdır.
Yeni binada muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bir sıra qurumlar - Toxum Müfəttişliyi, Bitki Mühafizə Stansiyası, Texniki Nəzarət Müfəttişliyi də fəaliyyət göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]