ELM VƏ TƏHSİL
ŞƏRUR RAYONUNDA YENİ MƏKTƏB İSTİFADƏYƏ VERİLMİŞDİR
Müxbirimiz xəbər verir ki, yeni dərs ilinin ilk günlərində Şərur rayonunun Şəhriyar kəndində 432 yerlik ikimərtəbəli məktəb binası istifadəyə verilmişdir.
Məktəbdə tədrisin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün kitabxana, laboratoriya, kompüter otağı, müxtəlif kabinələr, tibb məntəqəsi və hərbi otaq fəaliyyət göstərəcəkdir.
Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmiş və birinci sinif şagirdlərinə məktəbli çantaları hədiyyə etmişdir.
Mərasimdə çıxış edən rayon rəhbərliyinin, valideynlərin və müəllimlərin nümayəndələri son illər təhsil sahəsində həyata keçirilən tədbirlərdən danışmış, gənc nəslə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Yeni binanın həyətində qazılmış subartezian quyusu məktəbin, eləcə də kənd əhalisinin içməli və suvarma suyuna olan ehtiyacını ödəyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]