SİYASƏT
SƏSVERMƏ ZAMANI QANUN POZUNTUSU OLMAYIB
MDB Parlament Assambleyasının müşahidəçisi, Minskdən olan nümayəndə Pavel Atruşkeviç AZƏRTAC-ın müxbirinə demişdir ki, hansı məntəqədə oldumsa, əhalinin böyük fəallığını müşahidə etdim. Heç bir qanun pdzuntusunu qeydə almamışam, əksinə gördüklərim məni heyrətə gətirmişdir. Mən Moskvada, Ukraynada, Ermənistanda və Kosovoda da seçkiləri izləmişəm, amma belə bir fəallıq görməmişəm. Onu da deyim ki, mən ikinci dəfədir ki, Azərbaycada oluram. İlk dəfə Bakıya 1992-ci ildə elmi işlə bağlı gəlmişəm. O zaman məni ən çox xoşladığım “Torqovı” küçəsinə tək çıxmağa qoymamışdılar. İndi isə mən nəinki həmin küçəni, digər yerləri də tək və təhlükəsizlik gəzdim. Bu, məni çox sevindirir və inanıram ki, xalqınız düzgün yoldadır və öz düzgün seçimini edəcəkdir.
ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş də olduğu seçki məntəqələrindəki vəziyyətdən razı qaldığını bildirib. Səfir demişdir ki, mən seçicilərin fəallığından xüsusilə razı qalmışam.