İQTİSADİYYAT
SATIŞDAN KÜLLİ MİQDARDA AKSİZSİZ SİQARET ÇIXARILMIŞDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sahibkarlığın inkişafına süni maneələrin aradan qaldırılmasını, azad rəqabət mühitinin formalaşdırılmasını, istehlakçıların hüquqlarının qorunmasını əsas tutan Antiinhisar Siyasəti Departamenti müraciətləri araşdırmaq məqsədi ilə xüsusi komissiya yaratmışdır. Komissiya müraciətlərdə göstərilən ticarət obyektlərində yoxlama apararaq, ümumi dəyəri 2,6 milyon manat olan aksizsiz xarici siqareti satışdan çıxarmışdır. Həmin tütün məmulatının məhv edilməsi barədə qərar çıxarılması üçün aksizsiz siqaret satan ticarət obyektlərinin ərazi mənsubiyyəti nəzərə alınmaqla Nəsimi, Xətai və Yasamal rayon məhkəmələrinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Məhkəmənin qərarından sonra saxta siqaretlər yandırılacaqdır.