ELM VƏ TƏHSİL
SAT imtahanları üzrə səriştəsi olan ekspertlərin nəzərinə!
Bakı, 27 oktyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) SAT (Scholastic Aptitude Test – Akademik Qiymətləndirmə Testi) üzrə sınaq imtahanlarının keçirilməsinə hazırlıqla əlaqədar seminarların təşkilini planlaşdırır.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, seminarlarda yeni SAT imtahan qaydaları, imtahanlarda istifadə olunan materialların təhlili, tərcüməsi, yeni test tapşırıqlarının hazırlanması və digər məsələlər müzakirə ediləcək. Bu məqsədlə SAT imtahanı üzrə təcrübəyə və yüksək səviyyədə riyaziyyat və ingilis dili biliklərinə malik olan mütəxəssislər seminarlarda iştirak etmək üçün öz CV-lərini noyabrın 20-dək [email protected] elektron poçtuna göndərə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [14:45]
Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb
- 23.04.2024 [13:17]