ELM VƏ TƏHSİL


SAT imtahanlarının tarixləri məlum olub

Bakı, 23 may, AZƏRTAC

2022-ci ilin ikinci yarısı və 2023-cü ilin birinci yarısında Dövlət İmtahan Mərkəzində (DİM) keçiriləcək SAT imtahanlarının tarixləri məlum olub.

DİM-dən AZƏRTAC-a bildirilib ki, SAT imtahanları ABŞ-ın Təhsildə Qiymətləndirmə Xidməti (Educational Testing Service - ETS) təşkilatının dəstəyi ilə Ali Təhsilə Qəbul Şurası (College Board) tərəfindən hazırlanır və dünyanın müxtəlif ölkələrində olan test mərkəzlərində keçirilir.

İmtahan tarixləri:

27 avqust 2022-ci il;

1 oktyabr 2022-ci il;

3 dekabr 2022-ci il;

11 mart 2023-cü il (kompüter əsaslı);

6 may 2023-cü il (kompüter əsaslı);

3 iyun 2023-cü il (kompüter əsaslı).

Qeyd edək ki, 2023-cü ildən etibarən SAT imtahanları kağız daşıyıcılar deyil, kompüter vasitəsilə keçiriləcək. İmtahan tarixləri DİM-in saytının “Təqvim” bölməsinə əlavə olunur. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur.

SAT ilə yanaşı DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı məlumatı keçiddən əldə etmək olar.

İmtahan DİM-in Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.