DÜNYA


ŞƏT-in Regional Antiterror Strukturu Şurasının növbəti iclası keçirilib

ŞƏT-in Regional Antiterror Strukturu Şurasının növbəti iclası keçirilib

Daşkənd, 27 mart, AZƏRTAC

Daşkənddə Hindistanın sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Regional Antiterror Strukturu Şurasının (RASŞ) 37-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Çin, Rusiya, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın, həmçinin ŞƏT RASŞ İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

Tədbirdə ŞƏT məkanında regional təhlükəsizliyin indiki vəziyyəti, terrorizm, separatizm, ekstremizmlə birgə mübarizə tədbirlərinin həyata keçirilməsi və digər məsələlər müzakirə olunub.

İclasda ŞƏT RASŞ İcraiyyə Komitəsinin yeni direktoru, Özbəkistanın nümayəndəsi Ruslan Mirzəyev iştirakçılara təqdim edilib.

Qərara alınıb ki, ŞƏT RASŞ-nin növbəti iclası Hindistanın paytaxtı Dehli şəhərində keçirilsin.

Xatırladırıq ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.