DÜNYA
SƏUDİYYƏ ƏRƏBİSTANINDA DAHA BİR MÖCÜZƏ: KİÇİKYAŞLI QIZIN GÖZÜNDƏN “DAŞ” YAŞLAR AXIR
AZƏRTAC-ın informasiya agentliklərindən aldığı xəbərə görə, Məkkədə yaşayan 8 yaşlı qızcığazın başına möcüzəli iş gəlmişdir. O ağlayarkən sağ gözündən vaxtaşırı kiçicik daşlar tökülür. Bu əlamətin özünü göstərdiyi təxminən bir ay ərzində qızın gözündən hər biri buğda dənəsi boyda tünd qəhvəyi rəngli 8 daş çıxmışdır.
Bundan narahat olan valideynlər qızı şəhər xəstəxanasına aparmışlar.Tam tibbi müayinədən keçirilən qızın nə fizioloji, nə də psixoloji vəziyyətində anormal hallar müşahidə olunmamışdır. O, xoşbəxt ailədə böyüyür və sinifdə ən yaxşı oxuyan şagirdlərdən biridir.
Xəstəxanadan qayıtdıqdan sonra qızın gözündən yenə də daşlar “axmaqda” davam etmişdir. “Daşlar” kimya laboratoriyasında tədqiq olunmuşdur. Həkimlərin dediyinə görə, bu daşların tərkibi adi daşlardan fərqlənir və onlar bu müəmmalı hadisənin sirrini açmaqda acizdirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]
Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]