DÜNYA
SƏUDİYYƏ ƏRƏBİSTANINDA DAŞQINLAR
AZƏRTAC-ın Ər-Riyaddan aldığı xəbərə görə, Səudiyyə Ərəbistanında şiddətli yağışlar nəticəsində son 17 ildə ən güclü daşqın olmuşdur. Cizan əyalətinin 19 kəndi ilə bütün əlaqələr kəsilmişdir.
Həmin kəndlər çoxsaylı vadilərlə bölünmüş əyalətin dağlıq hissəsində yerləşir. Leysan yağışları nəticəsində bu quru məcralar bir anın içində qarşısındakı hər şeyi süpürüb aparan gur çaylara çevrilmişdir. Sakinlərin sözlərinə görə, son 17 ildə onlar belə güclü yağış görməmişlər.
Hökumət daşqınlardan zərər çəkmiş əhaliyə yardım göstərir və təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün həmin bölgəyə mülki müdafiə briqadaları göndərmişdir.
1,5 milyon əhalisi olan Cizan əyalətində, demək olar, hər il belə yağışlardan sonra daşqınlar baş verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]