SİYASƏT
SƏUDİYYƏ ƏRƏBİSTANI İŞĞAL OLUNMUŞ AZƏRBAYCAN TORPAQLARI AZAD EDİLMƏYİNCƏ ERMƏNİSTANLA HEÇ BİR ƏLAQƏ QURMAYACAQDIR
Bu məlumatı AZƏRTAC Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən almışdır. Səfirlikdən bildirmişlər ki, Səudiyyə Ərəbistanı Krallığl İslam Konfransı Təşkilatında və digər beynəlxalq qurumlarda dəfələrlə bəyan edib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə və işğal nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanlar öz yerlərinə qayitmayana qədər Ermənistanla heç bir əlaqə qurulmayacaqdır. Ermənistan Səudiyyə Ərəbistanı ilə mədəni, iqtisadi və siyasi əlaqələr qurmağa bir neçə dəfə cəhd edib və hər dəfə də Krallıq buna ciddi etirazını bildirib və yenə də bildirəcəkdir. Çünki Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla eyni mövqedən çıxış edib və bu mövqeyində də qalır.