Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ VƏLİƏHDİ ƏLAHƏZRƏT SULTAN BİN ƏBDÜLƏZİZ AL SƏUDA

Əlahəzrət, 

Ölkənizin milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, xalqlarımızın iradəsindən qaynaqlanan dostluq və əməkdaşlıq münasibətlərimiz daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 5 sentyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin