SƏUDİYYƏ ƏRƏBİSTANI TEHRANLA VAŞİNQTON ARASINDA VASİTƏÇİLİK ETMİR
AzerTAg.az
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı bəzi KİV-lərin yaydığı belə bir məlumatın yalan olduğunu bildirmişdir ki, guya, İran hökuməti Ər-Riyaddan Tehranla Vaşinqton arasında münasibətlərin tənzimlənməsində vasitəçi olmağı xahiş etmişdir. Səudiyyə Ərəbistanının rəsmi nümayəndəsi belə uydurmaları qəti şəkildə rədd etmişdir.
KİV-lərin yaydığı məlumata görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Səudiyyə Ərəbistanına səfəri zamanı İslam inqilabının dini lideri Əli Xameneinin və Prezident Mahmud Əhmədinejadın məktubunu kral Abdullaya çatdırmışdır. Məktubda guya onlar ABŞ ilə münasibətlərin sahmanlanmasında Tehrana yardımçı olmağı xahiş edirlər.
Bundan əvvəl, yanvarın 16-da Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Səud əl-Feysəl də Ər-Riyadda ABŞ-ın dövlət katibi Kondoliza Rays ilə birgə mətbuat konfransında Vaşinqton ilə Tehran arasında krallığın vasitəçiliyi barədə xəbərləri təkzib edərək, vurğulamışdır ki, “hər iki tərəf bir-birini yaxşı tanıyır”.
Xəbərin mətnində orfoqrafik səhv var