MƏDƏNİYYƏT
SƏXAVƏT MƏMMƏDOVUN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Teatrdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gecədə mədəniyyət naziri Polad Bülbüloğlu, sənətşünaslıq doktoru İlham Rəhimli, yazıçı-publisist Mustafa Çəmənli, Milli Məclisin deputatı, şair Zəlimxan Yaqub, Azərbaycan MEA-nın müxbir üzvü Vasim Məmmədəliyev, xalq artistləri İslam Rzayev, Yaşar Nuri, Arif Babayev, Əminə Yusifqızı və başqaları çıxış edərək, Səxavət Məmmədovun musiqi sənətimizdə öz dəst-xətti ilə seçilməsindən, xanəndəlik məharətindən, ecazkar səsindən danışmış, onunla bağlı xatirələrini söyləmişlər.
Qeyd edilmişdir ki, muğam, təsnif və xalq mahnıları Səxavət Məmmədovun ifasında lirizmi, təravəti və rəngarəngliyi ilə seçilmişdir. Məhz bu səbəbdəndir ki, mərhum sənətkarın bənzəri olmayan ifaçılığı Azərbaycan musiqi mədəniyyəti tarixində unudulmaz iz qoymuşdur.
Bakı Dövlət Universitetinin tələbəsi Bəxtiyar Məmmədov atasının xatirəsinə və yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirmişdir.
Gecədə Səxavət Məmmədovun lent yazıları səsləndirilmiş, Azərbaycan incəsənət ustalarının ifasında geniş konsert proqramı olmuşdur.
Axırda tədbir iştirakçıları müğənninin həyat və yaradıcılığını əks etdirən sərgiyə baxmışlar.