İQTİSADİYYAT
SƏYYAR GENERATOR İDMANÇILARA “KÖMƏK EDİR”
Bakıda və Azərbaycanın digər şəhərlərində iri ictimai-siyasi, mədəni və idman tədbirlərinin fasiləsiz enerji ilə təmin olunması məsələlərinə xüsusi diqqət yetirilir.
“Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu məqsədlə mötəbər beynəlxalq yarışların keçirildiyi idman saraylarının və komplekslərinin əlavə elektrik enerjisi ilə təmin edilməsinə dair xüsusi plan hazırlanmışdır. Hazırda 200 kilovat gücündə olan səyyar generator ölkənin SC-nin komplektləşdirici müəssisəsinin balansına verilmişdir. İri tədbirlər keçirilərkən ondan ehtiyat enerji mənbəyi kimi istifadə ediləcəkdir.
Bədii gimnastika üzrə Dünya kuboku uğrunda mərhələ yarışının keçirildiyi Heydər Əliyev adına İdman-Konsert Kompleksində, habelə boks üzrə olimpiyaqabağı turnir keçirilən Bakı İdman Sarayında generatorlar qoyulmuşdur.