SCAD PROQRAMI İŞİN MÜASİR SƏVİYYƏDƏ QURULMASINA XÜSUSİ DİQQƏT GÖSTƏRİR
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının SCAD milli əlaqələndiricisi Məzahir Əfəndiyev AZƏRTAC-a demişdir ki, Bakı Beynəlxalq dəniz limanının gömrük məntəqəsi üçün dəyəri 1 milyon dollardan çox olan xüsusi rentgen aparatının alınması üçün Avropa İttifaqının rəhbərliyi qarşısında məsələ qaldırılmışdır. Bunu Bakıda “Böyük İpək Yolu dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda keçirilən konfransda iştirak edən Aİ-nin Yardım Komissiyasının narkotiklərlə bağlı bölməsinin rəhbəri Soren Klem Azərbaycanda Dövlət Gömrük Komitəsinin sədri ilə keçirdiyi görüşdən sonra bildirmişdir.
Ümumiyyətlə, SCAD proqramı Azərbaycanda Dövlət Gömrük Komitəsinin işini müasir səviyyədə qurmasına xüsusi diqqət göstərir.