SEÇİCİ SİYAHILARI DƏQİQLƏŞDİRİLMİŞDİR
AzerTAg.az
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46-cı maddəsinə uyğun olaraq, Astara rayonunda yanvarın 5-dən başlayaraq hər bir seçki məntəqəsi üzrə seçicilərin daimi siyahısının tərtib edilməsinə başlanılmışdır.
77 saylı Astara dairə seçki komissiyasının sədri Rasim Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, dairədə olan 48 seçki məntəqəsində seçicilərin daimi siyahısının tərtib edilməsi kampaniyası başa çatmaq üzrədir. Rayonun seçki məntəqələri üzrə üç nüsxədə tərtib olunmuş seçici siyahılarının birinci nüsxəsi məntəqə seçki komissiyasında saxlanılır, ikinci nüsxə isə fevralın 5-dək dairə seçki komissiyasına veriləcəkdir. Seçki dairəsi üzrə ilkin seçici siyahıları iki nüsxədə tərtib edilərək MSK-ya təqdim olunacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var