Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

ŞEKSPİRİN “HAMLET” FACİƏSİNİN YENİ QURULUŞDA İLK TAMAŞASI
AZƏRBAYCAN PREZİDENTİ TAMAŞADA OLMUŞDUR 

Xəbər verdiyimiz kimi, dekabrın 7-də Azərbaycan Akademik Milli Dram Teatrında məşhur ingilis dramaturqu Uilyam Şekspirin “Hamlet” faciəsinin yeni quruluşda ilk tamaşası göstərilmişdir. 

Azərbaycan Prezidenti Heydər Əliyev tamaşaya baxmaq üçün teatra gəldi. Tamaşaçılar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.

Vaxtilə bu teatrın səhnəsində dəfələrlə göstərilmiş, onun repertuarında möhkəm yer tutmuş bu əsərin yeni quruluşda tamaşası uğurla keçdi və teatrsevərlər tərəfindən yüksək dəyərləndirildi.

Əməkdar incəsənət xadimi, rejissor Azər Paşa Nemətin quruluşunda hazırlanmış tamaşada Hamlet rolunu xalq artisti Fuad Poladov oynayırdı. Digər əsas rollarda xalq artistləri Səyavuş Aslan, Yaşar Nuri, əməkdar artist Rafael Dadaşov, Sənubər İsgəndərli, əməkdar artist Bürcəli Əsgərov və başqaları çıxış edirdilər. Tamaşanın rəssamları əməkdar incəsənət xadimi , mərhum Elçin Məmmədov və əməkdar rəssam Nazim Bəykişiyev, bəstəkarı əməkdar incəsənət xadimi Səyavuş Kərimidir.

Dövlətimizin başçısı fasilə zamanı respublikamızın tanınmış ədəbiyyat, incəsənət, elm xadimləri ilə görüşüb söhbət etdi.

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV tamaşadan sonra səhnə arxasına gəlib artistlərlə görüşdü, “Hamlet” faciəsinin yeni quruluşunu hazırlayan yaradıcı heyətə təşəkkürünü bildirərək dedi:

- Sizinlə yenidən görüşümdən çox məmnunam. Xeyli vaxt idi ki, teatra gəlmək ya mümkün deyildi, yaxud da ki, siz çağırmırdınız. Hər halda, mən sizin teatrı həmişə sevmişəm, tamaşalara gəlmişəm.

“Hamlet” tamaşasının göstəriləcəyini eşitdim, maraqlandım. Dedilər ki, tamaşa çox yaxşı hazırlanıbdır. Yaxşı quruluşu var, yaxşı ifa edirlər. Təbiidir ki, bu, Azərbaycanın teatr həyatında, mədəni həyatında böyük hadisədir. Çünki klassiklərin əsərləri həmişə yaşayır. Daim yaşayan əsərlər var. Əsərlər var ki, müəyyən dövrə həsr olunub, ancaq o dövrdə yaşayır, yaşaya bilir. Klassiklərin əsərləri isə həmişə yaşayır. Xüsusilə Şekspir yaradıcılığı, onun əsərləri...

İndi Azərbaycan teatrının 130 illik yubileyinə hazırlaşırıq. Azərbaycan teatrı vaxtilə, hələ çox onilliklər bundan öncə Şekspirin əsərlərinə müraciət edibdir. “Hamlet” Azərbaycan səhnəsində otuzuncu illərdə çox uğurla göstərilibdir. Mənə belə gəlir ki, Abbas Mirzə Şərifzadə Hamlet rolunu ilk oynayan bizim görkəmli aktyorlarımızdan biri olubdur. Deyirlər ki, sonralar da bu əsər dəfələrlə göstərilibdir. Elçin Əfəndiyev buradadır, yoxsa yox? O məlumat verdi ki, “Hamlet” Azərbaycan səhnəsində dördüncü dəfədir ki, qoyulur.

ELÇİN ƏFƏNDİYEV: Bəli, dördüncü dəfədir...

HEYDƏR ƏLİYEV: Təbiidir, ola bilər ki, bu azdır. “Hamlet” əsəri bizim səhnəmizdə çox göstərilsəydi, teatrımız üçün daha yaxşı olardı. Ancaq bunlar tarixdir, hər şey arxada qalıb, olanlar barədə heç nə demək olmaz. Əsas odur ki, indi siz Şekspir yaradıcılığına yenidən müraciət etmisiniz. Onun ən görkəmli əsərlərindən birini – “Hamlet” faciəsini səhnəyə qoymusunuz.

Otuzuncu illərdə “Hamlet” bizim sevimli pyeslərimizdən biri idi. Burada bizim nəsildən olan adamlar var, yəqin salonda da belələri vardı, Mən Hamleti Abbas Mirzə Şərifzadənin ifasında görmüşəm. Sonralar da “Hamlet” əsəri şəxsən məni həmişə maraqlandırıbdır. Bu pyesi Moskvada tamaşaya qoyublar, mən onu görmüşəm. Nəhayət, film vardı, məşhur aktyor Smoktunovski Hamlet rolunu çox gözəl ifa edirdi. Biz bunların hamısını müəyyən qədər yada salarkən deyə bilərik ki, dünyada, ola bilər, yüzə qədər quruluşda “Hamlet” tamaşası olsun. Hər rejissor, hər aktyor onu özünün bildiyi kimi göstərir. Amma bunun əsası Şekspirin yaradıcılığıdır, onun fəlsəfəsidir. Bu, böyük bir fəlsəfədir. Şekspir həmişə ona görə yaşayır ki, onun hər bir əsəri özündə fəlsəfi fikirlər daşıyır. Ona görə də mən çox məmnunam ki, siz bu əsəri səhnəyə qoymusunuz. Əgər siz gələcəkdə də belə əsərləri unutmasanız, yaxşı olar. Çünki hansısa günə aid olan əsərlər, gəldi-gedər əsərlərdir. Mən demirəm ki, siz onlardan imtina edəsiniz. Hər günün tələbini də ödəmək lazımdır. Ancaq teatr-teatrdır. Bilirsiniz, teatr gərək öz yüksək simasını həmişə saxlasın.

Biz Azərbaycan teatrı ilə fəxr edirik. Mən bunu dəfələrlə demişəm. Siz bilirsiniz ki, Azərbaycan teatrının 100 illik yubileyində mən Respublika sarayında məruzə ilə çıxış etmişəm. Sonra mənə dedilər ki, “sən respublikanın rəhbərisən, teatrşünas deyilsən, nə üçün məruzə edirsən?”. Dedim ki, məruzə etdim və hər halda, teatrşünaslardan pis etmədim. Bu, qəzetlərdə qalıbdır, arxivlərdən tapmaq olar. Mən bunu niyə deyirəm? Çünki bizim teatr həqiqətən klassik teatrdır. Əgər klassik teatr olmasaydı, bu qədər yaşaya bilməzdi. Teatrı belə yaşatmaq lazımdır.

İndi mən görürəm ki, siz bu addımları atırsınız. Mən bunu bəyənirəm. Bu barədə sizə yardımçı olmağa hazıram ki, bizim teatrımızın səviyyəsini getdikcə yüksəldəsiniz.

Bugünkü tamaşa haqqında indi nə deyə bilərəm? Quruluşçu rejissora təşəkkür edirəm, əsərə çox yaxşı quruluş veribdir. Çox gözəl musiqi müşayiəti var. Səyavuş Kərimi çox qeyri-adi, müasir bəstəkardır.

Keçmişdə “Hamlet” tamaşasında dekorasiyalar vardı. Özü də zəngin dekorasiyalar, sarayların dekorasiyaları vardı, onları bilirsizmi? Siz gəncsiniz, yəqin görməmisiniz. Amma mən bunu görmüşəm.

Ümumiyyətlə, bizim həmin teatrımızda, - keçmişdə o, Musiqili Komediya Teatrının yerində idi, - böyük-böyük dekorasiyalar vardı. Ona görə də, - bayaq dedilər ki, tamaşa 4 saat davam edəcək, - o vaxt 6 saat çəkirdi. 4-5 pərdə... Bir pərdə oldu, fasilə, gərək dekorasiyalar dəyişiləydi. Amma indi burada dəyişiklik var, dekorasiya yoxdur. Dekorasiyasız da pis deyil, bəlkə, daha da yaxşıdır. Ona görə də mən bu barədə rəssamların işini qeyd etmək istəyirəm. Çox yaxşı bədii tərtibat veriblər. Bunlar, deməli, tamaşanın təşkilatçılarıdır.

O ki qaldı tamaşanın ifaçılarına, hamınız çox yaxşı oynadınız. Özü də bu tamaşada məni sevindirən odur ki, - burada siz azsınız, - səhnədə çoxlu adamlar vardı.

Çox gözəldir ki, belə kütləvi səhnələri olan bir tamaşa yaratmısınız. Ancaq bu tamaşanın bütün ağırlığı, təbiidir ki, Hamlet rolunun ifaçısının üzərinə düşübdür.

Fuad Poladovu mən 1970-ci illərdən yaxşı tanıyıram. Elə bu səhnədə çox gözəl rollar ifa edirdi. Çox məmnunam ki, yenə də bu səhnədədir və deyə bilərəm ki, bu rolu çox məharətlə oynadı. Fuad, mən səni təbrik edirəm. Çünki, bu dörd saatın, demək olar ki, xeyli hissəsini Hamletin monoloqları, danışıqları təşkil edir. Şekspir əsəri belə yaradıb, başqa cür etmək olmaz. Ancaq kim bu rolu ifa etmək istəyirsə, bu ağırlıq onun üzərinə düşür. Kim bu ağırlığı necə daşıyırsa, o, başqa məsələdir, bu fərqlidir.

Mən hesab edirəm ki, bu gün Fuad Poladov Azərbaycan teatrında Hamlet rolunu çox məharətlə ifa etdi. Yenə də deyirəm, mən səni təbrik edirəm. Güman edirəm ki, gələcəkdə də klassik əsərlərdə belə rolları ifa etməkdə davam edəcəksən. Bu, çox faydalıdır, cəmiyyət üçün faydalıdır. Hər bir rolu ifa etməyin çətinliyi var. Amma belə rolu ifa etmək, təbiidir ki, aktyordan böyük istedad, məharət, bilik tələb edir. Çünki ifa etdiyin surətin daxili aləmini dərk edə bilməsən, əsərin fəlsəfəsini duya bilməsən, əlbəttə ki, bu rolu oynamaq mümkün deyildir. Bunların hamısını biz bu gün gördük.

Bu pyes belədir ki, burada bir rol hamısından fərqlənir. Ona görə də başqa rolu Fuadın ifası ilə müqayisə etmək mümkün deyildir. Ancaq mən çox məmnunam ki, məsələn, Kraliça rolunun ifaçısı da çox gözəl çıxış edirdi. Bu rolun ifaçısını mən əvvəllər görməmişdim, bu qızı birinci dəfədir ki, görürəm. Xülasə, çox yaxşı çıxış edirdi. Ofelya rolunun ifaçısı da çox gözəl çıxış edirdi. Bu qadın rollarını xüsusi qeyd edirəm. Bilirsiniz, bu rollar bizim Azərbaycan həyatının xüsusiyyətinə uyğun rollar deyildir. Çünki bu rolların hamısı Danimarkanın, İngiltərənin o dövrdəki həyatı ilə bağlıdır. Bunları məhz o cür göstərmək, yəni həmin surətləri “azərbaycanlaşdırmamaq” əsas şərtdir, məsələ bundadır. Əgər kimsə Şekspiri istəsə azərbaycanlaşdırsın, bu, əlbəttə ki, mənfi nəticə verəcəkdir.

Dünən maestro Niyazinin 90 illik yubileyi idi. Mən orada çıxış edib xatirələrimi danışarkən dedim ki, Niyazi bütün başqa istedadı ilə yanaşı, bizim Azərbaycan bölgələrinin ləhcələrini çox gözəl yamsılayırdı. O, çox gözəl aktyor idi. Məsələn, Şəki ləhcəsini, yaxud da ki, Gəncə, Qarabağ ləhcəsini... Mənim yadımdadır, - biz ailəvi dost olmuşduq, - bir dəfə o danışırdı ki, Şəki teatrında tamaşaya qoyulmuş “Otello”da Şəki ləhcəsi ilə deyilirdi: “...Mənim ciyimin yaylığı necə oldu?” Rolu azərbaycanlaşdırmaq olmaz. Ona görə də Fuadın da bu qızların da ifasında mən məhz o ölkənin, həmin xalqın xüsusiyyətlərini hiss etdim. Bu da bunların əsərə çox ciddi yanaşmasının nəticəsidir.

Sonra, əsərdə əlbəttə ki, Kral surəti var. Rafael, çoxdandır ki, səni səhnədə görmürdüm, sən harada idin, yox idin. Yayda səni bir dəfə çimərlikdə görmüşəm. Bazar günü mən çimərliyə getmişdim ki, görüm insanlar necə istirahət edirlər. Qəflətən getdim, heç kəs bilmirdi. Gəlmişdim çimərliyə, Buzovna çimərliyi idi, yoxsa...?

RAFAEL DADAŞOV: Buzovna yox, Zuğulba çimərliyi idi.

HEYDƏR ƏLİYEV: Hə, Buzovna ilə Zuğulba arasındakı çimərlik idi. Oturdum, bir az çay içdim, su içdim, bir az söhbət etdim. Bir də gördüm ki, Rafael anası ilə gəlir. Rafaelin anası Sofiya Azərbaycanın xalq artistidir. Onun anası da artist idi. Naxçıvanda 1930-cu illərdə teatr çox güclü idi.

Güclü artistlər vardı. Orada da baş rolları iki-üç aktrisa oynayırdı. Onların da biri Xədicə xanım Qazıyeva idi. Xədicə Qazıyeva da orada aktyorlardan hansınasa ərə getdi. Ondan da Rafaelin anası Sofiya doğuldu. Sofiyanı uşaqlıqdan tanıyıram. İndi görürsünüzmü, mən sizə hansı tarixi söyləyirəm.

Xədicə xanımın gözəl çıxışları olurdu. Orada yaxşı aktyorlar vardı, məsələn, İsa Musayev, ən gözəl aktyor Miribrahim Həmzəyev idi.

RAFAEL DADAŞOV: Bəli, Miri müəllim...

HEYDƏR ƏLİYEV: Miribrahim Həmzəyev. Zəroş xanım - Miribrahim Həmzəyevin xanımı oynayırdı. Bəli, Rafaelin anası və nənəsi də teatr sənəti ilə bağlıdırlar. Səni orada gördüm, amma teatrda yox idin. Sonra eşitdim ki, “Hamlet”də oynayırsan, dedim çox yaxşı ki, buraya gəlmisən. Amma çox belə cüssəlisən... Yəqin ki, idmanla məşğul olmusan. Hə? Daş qaldırmısan, ya nədirsə...

RAFAEL DADAŞOV: Yəqin ki, bu, ifa etdiyim rola uyğun olar.

HEYDƏR ƏLİYEV: Bəli, Kral da... Doğrudan da, Şekspir bu faciəni necə yaradıbsa, - mən bu əsəri birinci dəfə deyil ki, görürəm, - hər dəfə adamda çox böyük təəssürat doğurur. Mənə dedilər ki, tamaşaya iki saat baxacaqsan. İki saat elə keçdi ki, heç xəbərim olmadı. İkinci pərdə qısa oldu. Mən burada nə qədər oldumsa, yorulduğumu hiss etmədim. Biz buraya yorulmağa gəlmirik. Əksinə, istirahət etməyə gəlirik. Mən tam istirahət etmişəm. Çünki, bu, çox güclü əsərdir. Əsərə ki, alışırsan, onda, həqiqətən, istirahət edirsən. Səni də təbrik edirəm, bu teatra gəlmisən. Güman edirəm ki, teatrdan ayrılmaq lazım deyildir.

Bu gün görürəm, qarşımda durublar, Səyavuş, Yaşar... Siz həmişə çox yaxşı oynayırsınız. Elə aktyorlarsınız ki, sizin haqqınızda nə qədər desək, yenə söz qurtarmayacaqdır. Amma bu dəfə xüsusi rollar oynayırsınız. Məsələn, Səyavuş elə həmişə adamı güldürür. Amma bu dəfə elə bir rol oynayırdın ki, onun da öz xüsusiyyəti var.

SƏYAVUŞ ASLAN: Məni zorla oynatdılar...

HEYDƏR ƏLİYEV: Yox, əşşi... Amma yaxşı oynayırdın. Qəbirqazan surətini də Yaşar yaxşı oynayırdı. Çox yaxşı oynayırdınız. Daha kimi deyim? Hamınız yaxşı oynayırdınız. Elədir, yoxsa yox?

Gənclər də, təbiidir ki, inkişaf edirlər. Mən bunu görürəm. Bu gün tamaşada mən çoxlu gənc ifaçı gördüm, gənclər gördüm. Demək, bu teatra gənc aktyorlar gəlib. Onlar çoxdurlar.

ƏLİABBAS QƏDİROV (teatrın bədii rəhbəri və direktoru, xalq artisti): Bəli. Teatra gənclər cəlb olunur.

HEYDƏR ƏLİYEV: Teatra gərək gənclər gəlsin. Gənclər gəlsin ki, onlar Səyavuşun, Yaşarın, o birilərin işlərini davam etdirsinlər. Fuad özü hələ cavandır. Doğrudan, mən səni çoxdandır ki, görmürəm, dəyişilməmisən. Özünü yaxşı saxlamısan. Çoxdandır, gör nə vaxt idi, mən səni 1970-ci illərdə səhnədə görmüşəm. 20 ildir, 20 ildən də çoxdur... Amma bu 20 ildə heç dəyişilməmisən. O vaxtkı kimisən.

SƏYAVUŞ ASLAN: Heydər müəllim, Rus Dram Teatrında işləyir, buraya dəvətlə gəlibdir.

HEYDƏR ƏLİYEV: Burada işləmir?

SƏYAVUŞ ASLAN: Yox, burada işləmir. Amma arzumuzdur ki, bizimlə işləsin, ona yalvarırıq, deyirik, indi nə vaxt qayıdacağını bilmirik. 

Artistlərin bu işinə qarışmaq olmaz.

ƏLİABBAS QƏDİROV: Mən onu dəvət etmişəm.

HEYDƏR ƏLİYEV: Mən bu məxluqu yaxşı tanıyıram. Çünki dəfələrlə demişəm, mən özüm teatr həvəskarı olmuşam, lap gənc vaxtımda Naxçıvanda dram dərnəyində mən də çıxışlar etmişəm. Miribrahim Həmzəyev bizim dram dərnəyinin rəhbəri idi. Sonra burada, Bakida, Azərbaycan Sənaye İnstitutunda oxuyanda da bizim dram dərnəyimiz vardı. Mən orada da çıxış etmişəm. Hətta bir dəfə “Hamlet”dən bir pərdə hazırlamışdılar, mən də özüm bacardığım kimi çıxış etdim. Yəni bilirəm ki, bu artistlər xüsusi məxluqdur. Onların işinə qarışmaq olmaz. Onları gərək başlı-başına buraxasan. Nə edirlərsə, qoy etsinlər. Bu teatrdan çıxıb başqa teatra gedirlər. Bu, sizin öz işinizdir. Keçmişdə bu teatrdan da gedən olubdur. Rəhmətlik Mehdi Məmmədov neçə dəfə buradan getmiş və neçə dəfə də buraya qayıtmışdı. Yadınızda deyilmi? O da Rus Dram Teatrına getmişdi. Elədirmi?

ƏLİABBAS QƏDİROV: Bəli, opera teatrına da getmişdi.

HEYDƏR ƏLİYEV: Opera teatrına, Rus Dram Teatrına da getdi. Sonra mən onu 1970-ci illərdə buraya gətirdim, dedim gəl bu teatra. Gəldi, burada baş rejissor oldu. Özü də oynayırdı, yadımdadır, Xəyyamı çox oynadı.

ƏLİABBAS QƏDİROV: “Meşşanlar”da, “Canlı meyit”də...

HEYDƏR ƏLİYEV: Bəli, “Canlı meyit”də... “Xəyyam” mənim xatirimdə çox yaxşı qalıbdır, “Xəyyam” pyesini qoydu, elədirmi?

ƏLİABBAS QƏDİROV: Elədir.

ELÇİN ƏFƏNDİYEV: “İnsan”da da oynadı.

ƏLİABBAS QƏDİROV: 1969-cu ildə...

HEYDƏR ƏLİYEV: Mən xahiş etdim, o, Səməd Vurğunun “İnsan” pyesini tamaşaya hazırladı.

İndi kim-kimə yalvarır, bu, sizin öz işinizdir, mənim işim deyildir. Əgər Fuad Rus Dram Teatrındadırsa, bir gün gedəcəyəm, orada görəcəyəm. Bəlkə Səyavuş, sən də Rus Dram Teatrına gəldin. Sənin özün gah orada - Musiqili Komediya Teatrındasan, gah buradasan. Belədir də. Bu, tamamilə təbii haldır. Bunu heç kəs heç kimə irad tutmasın. Hesab edirəm ki, bu, təbii haldır.

Bir sözlə, hamınız bu gün bu ağır tamaşanı göstərdiniz. Mən çox məmnunam ki, sizin bu teatrda da öz içərinizdən çıxan direktorunuz var. Sən həm teatrın bədii rəhbərisən, həm də direktorusan?

ƏLİABBAS QƏDİROV: Bəli.

HEYDƏR ƏLİYEV: Daha bunu tərifləməyə ehtiyac yoxdur. Bilirsiniz də, bu da böyük rollar oynayıbdır, indi də teatra başçılıq edir və yaxşı başçılıq edir.

Son dəfə mən sizin maaşlarınızı da artırdım, bilirsiniz də.

SƏYAVUŞ ASLAN: Çox sağ olun. Sizin sağlığınız bizim teatr üçün hər şeydir. 22 nəfərə də Prezident mükafatı təyin etmisiniz.

HEYDƏR ƏLİYEV: Özü də hərəyə 2 milyon manat... Hə?

ƏLİABBAS QƏDİROV: Bəli, 22 nəfərə iki milyon, milyon yarım, ən azı bir milyon manat Prezident mükafatı vermisiniz.

HEYDƏR ƏLİYEV: İndi Azərbaycanda heç kim dövlətdən bu qədər pul almır. Başqa yerdən alanlar var.

SƏYAVUŞ ASLAN: Heydər müəllim, 3-4 nəfər də yaxşı gənc aktyorlarımız var, işləyirlər. Onların fəxri adları yoxdur.

HEYDƏR ƏLİYEV: Sən bunu dedin, mən Fatma xanıma tapşırıram, nə dərdiniz varsa, deyin.

ƏLİABBAS QƏDİROV: Cənab Prezident, çox sağ olun. Teatrımıza Sizin gəlişiniz bizi ruhlandırır. Sizin buraya gəlişiniz bizim üçün həmişə bayramdır. Hamı bilir ki, Sizin gəlişiniz burada necə təntənə ilə qarşılanır və bilirik ki, Siz bizə çox böyük qayğılar göstərmisiniz. Mən 1969-cu ildən bu teatrda işləyirəm. O vaxtdan bu günə qədər bizim teatra Sizin qayğınız həmişə olub. Biz Sizə çox təşəkkürümüzü bildiririk. Biz bir neçə ay Sizin buraya gəlişinizin təəssüratı ilə yaşayacağıq. Bilirik ki, Siz həmişə teatrın qayğısını çəkmisiniz. Bayaq da söhbətimiz oldu, düzdür, Səyavuş da deyir, Siz də dediniz ki, nə lazımdırsa, yəni gələcəkdə aktyorlarımıza fəxri ad verilməsi məsələləri, teatrımıza milli teatr statusu verilməsi...

HEYDƏR ƏLİYEV: Fatma xanım, bunların hamısını yaz, ver. Mənim incəsənətə, ələlxüsus, teatra münasibətimi sübut etmək lazım deyil. Ona görə də nə lazımdırsa etmişəm və edəcəyəm.

SƏYAVUŞ ASLAN: Özünüz də gördünüz, yaxşı gənclərimiz var.

HEYDƏR ƏLİYEV: Görürəm, siz veteranlar da yaxşısınız.

SƏYAVUŞ ASLAN: Gəncləri də bizim siyahıya salsanız, yaxşı olardı.

HEYDƏR ƏLİYEV: Gəncləri də siyahıya salarıq. Sən narahat olma.

Səyavuş, yəqin sənin heç ağlına gəlməzdi ki, sənə birdən 2 milyon manat mükafat təyin edəcəyəm, hə?

SƏYAVUŞ ASLAN: Heç indi də ağlıma gəlmir. İndi də çox sevinirəm. Qəflətən oldu.

HEYDƏR ƏLİYEV: İndi bir də görəcəksən ki, nə isə etdim, sənin heç ağlına gəlməz ki, bunu etmişəm.

Bir sözlə, çox sağ olun. Mən çox məmnunam, sizə yeni-yeni uğurlar arzulayıram.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev teatrın yaradıcı kollektivi ilə xatirə şəkli çəkdirdi.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölmənin digər xəbərləri

Akademik İsa Həbibbəyli Ankarada TÜBİTAK başqanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

İİTKM və CAREC arasında Anlaşma Memorandumu imzalanıb

Roma Papası hərbi xərcləri aclıqla mübarizəyə yönəltməyə çağırıb

Tanınmış kinorejissor Akif Rüstəmov evində ziyarət edilib

“Şükran günü” qorxu filmi növbəti mövsümlə ekranlara geri qayıdır

Türkiyə Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək niyyətindədir

Bakıdakı dünya çempionatında son günün qalibləri mükafatlandırılıblar

Bakı Dövlət Sirki Yeni il proqramı təqdim edir

İlk pilləli film layihəsinin yekun mərasimi keçirilib

Slovakiya-Ukrayna sərhədində yük maşınlarının uzun növbəsi yaranıb

Yeni Zelandiyada 100 ildə ilk dəfə olaraq vəhşi təbiətdə kivi quşunun iki balası yumurtadan çıxıb

BMT-nin forumunda Ermənistanın etnik təmizləmə siyasətindən danışılıb

“Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” mövzusunda dəyirmi masa keçirilib

Tehranda hava çox çirkləndiyinə görə məktəbləri bağlayıblar

Çexiyanın xarici işlər naziri Azərbaycanın sülh səylərini müsbət qiymətləndirib

Azərbaycan güləşçiləri dünya çempionatının son günündə 3 medal qazanıblar

Cənubi Çexiyada qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edilib

“Bilim Bakı”da “Kiçik sahibkarlar, böyük hədəflər” proqramının bağlanış tədbiri keçirilib

“Qarabağ” və “Azəryol” komandaları böyükhesablı qələbə qazanıblar

Azərbaycanın COP28-dəki pavilyonu Qarabağla bağlı haqq səsimizin daha geniş kütləyə çatdırılmasına imkan yaradacaq

Qərbin qaranlıq keçmişi: Afrika müstəmləkələrində kölə alveri

Fu Hua: Sinxua və AZƏRTAC müasir çağırışlar fonunda əməkdaşlığı daha da dərinləşdirməlidir

Pedaqoji Universitetdə Beynəlxalq Əlillər Günü qeyd olunub

BŞTİ: Ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə başlanılıb

ABŞ Yaşıl İqlim Fonduna 3 milyard dollar ayıracaq

Tarix Muzeyinin yeni qurulan ekspozisiyasında son tamamlanma işləri aparılır

Ötən ay İnsan Resursları Mərkəzinə 4 mindən çox müraciət daxil olub

Azərbaycanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidentini təbrik edib

Milli Dram Teatrı dekabr ayı üçün maraqlı repertuar tərtib edib

“International Innovation Management and TRIZ Conference” (IIMTC) bağlı mətbuata məlumat verilib

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb

Beynəlxalq Velosipedçilər İttifaqı 40 rusiyalıya yarışlara çıxmaq icazəsi verib

Bakıda “Kalaşnikov” avtomatını gizlədən şəxs saxlanılıb VİDEO

Məşhur Piza qülləsinin Bolonyada olan bənzəri çökə bilər

Edmondo Çirielli: Ermənistanda qatı millətçi, Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr var

UNESCO forumunda Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından danışılıb

AKTA İƏT-in kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri əməkdaşlıq platformasına üzv seçilib

Beynəlxalq STEAM Azərbaycan Festivalında 11 ölkənin komandaları yarışacaq

COP28: Təxminən 20 ölkə bütün dünyada nüvə enerjisini 2050-ci ilədək üç dəfə artırmağa çağırır

İtaliyalı nazir müavini: Prezident İlham Əliyev çox praqmatik insandır

Almaniya çempionatının oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb

Çin Futbol Assosiasiyası Ramil Şeydayevin dava etdiyi oyunla bağlı bəyanat yayıb

Dekabrın 3-də Bakıda 22 dərəcə isti olacaq

Senatın sədri: Azərbaycan Çexiya üçün dost ölkədir

Narkomaniya və zorakılığa qarşı mübarizə dövlət siyasətinin əsasını təşkil edir

Saatlı sakinləri sənədsiz silahlarını polisə təhvil veriblər

ABŞ hazırda xarici siyasətində “autsayder mövqeyi”ni inamla yerinə yetirir - ŞƏRH

“Avro-2024”: Final mərhələsinin püşkü atılır

Uşaq İncəsənət Məktəbi şagirdlərinin növbəti uğuru

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “Heydər Əliyev İli” çərçivəsində daha bir ağacəkmə aksiyası keçirib

Azərbaycan millisinin baş məşqçisi: Göstərdik ki, ölkəmizdə qadın futbolu inkişaf edir

KXDR onun peykinə müdaxiləni müharibə elanı kimi qiymətləndirəcək

2024-cü il Olimpiya Oyunları ərəfəsində Paris sakinlərinin narazılığı artır

Baş Qərargah rəisi yüksək dağlıq ərazidə yerləşən hərbi hissələrin döyüş hazırlığını yoxlayıb VİDEO

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilir

COP28 Ermənistanın ərazilərimizdə həyata keçirdiyi ekoterror barədə məlumatların geniş auditoriyaya çatdırılması baxımdan əhəmiyyətlidir - ŞƏRH

Hidayət Heydərov Azərbaycan cüdosunun tarixinə düşüb

Qazaxıstan “açıq səma” rejimini təkmilləşdirir

Çexiyalı parlamentarilərə Azərbaycanın sülh təşəbbüsləri barədə məlumat verilib

Astronomlar böyük ulduz kütləsi olan planet kəşf ediblər

Təşəbbüs qrupuna seçilən könüllülər dövlət və özəl sektorda məşğulluğa cəlb olunacaq

Böyük Dəbilqə: Azərbaycanın bir cüdoçusu qızıl, digəri bürünc medal əldə edib

“Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupu təsis edilib

Braziliya Amazoniyasında tarixi quraqlıq nəticəsində rekord sayda yanğın qeydə alınıb VİDEO

Nazir müavini: Azərbaycanda anesteziologiya və reanimatologiya son 10 ildə böyük irəliləyiş əldə edib

Azərbaycan neftinin qiyməti 85 dolları ötüb

Qərb Rusiyaya qarşı sanksiyalardan yan keçən ölkələrə təzyiq göstərir

Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Thonqlun Sisulitə

DTX-nin Akademiyasının yaradılmasının 25 illiyi münasibətilə tədbir təşkil olunub

Dünya Bankı iqlim maliyyələşdirməsini xeyli artırır

Dünya çempionatı: Bu gün Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq

Xətai rayonunda avtomobildə yanğın baş verib VİDEO

İcma: Ermənistan hələ də utopiya ilə məşğuldur

Qanunsuz saxlanılan 1 tapança, 2 tüfəng, 1 patron darağı və 5 patron aşkar edilərək götürülüb

Çexiya parlamentinin Deputatlar Palatasının sədri Qarabağdakı antiterror tədbirləri barədə məlumatlandırılıb

Uşaq musiqi məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

ICESCO məktəblilər üçün beynəlxalq ədəbiyyat müsabiqəsi elan edib

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“CINEMO” Mobil Film Festivalının açılışı olub

Azərbaycan parataekvondoçusu Qran-Pridə bürünc medal qazanıb

Qax şəhərinin küçələrinə asfalt döşənir

Azərbaycan idmançılarının dekabr reytinqi: İlk “üçlük”də dəyişiklik olub

Dünya birjalarında neft ucuzlaşıb

Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb

AQTA: “Samyun Wan” preparatlarının tərkibində kimyəvi maddə aşkarlanıb – XƏBƏRDARLIQ

Hacıqabulda şagirdlər “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndiriliblər

İsrail ordusu Qəzza zolağında 4 girovun öldüyünü təsdiqləyib

Yaponiya Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Misirə maliyyə yardımı edəcək

ÜST Qəzzaya humanitar yardımların bərpa olunmasına çağırıb

Qəzzada ölən media nümayəndələrinin sayı 61-ə yüksəlib

ABŞ Avstraliyaya 2 milyard dollarlıq təlim avadanlığının satışını təsdiqləyib

Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib

Şimali Koreya peyklərinin işinə müdaxiləni müharibə kimi qiymətləndirəcək

WSJ: İsrail kəşfiyyatı xaricdə HƏMAS liderlərini öldürməyi planlaşdırır

Bill Qeyts İsveçdə sudan alınan yanacağa investisiya yatıracaq

Culiya Robertsin iştirakı ilə “Dünyanı geridə burax” filminin premyerası olub

Paris merinin köməkçisi Notr-Dam kilsəsində bərpa işlərini dərhal dayandırmağa çağırıb

Hindistan havanın çirkləndirilməsinə qarşı mübarizədə süni yağış yağdırmaq niyyətindədir

Etna vulkanı yenidən fəallaşıb