ELM VƏ TƏHSİL


SENTYABRDA BAKIDA YAŞLILARIN TƏHSİLİNƏ DAİR KONFRANS KEÇİRİLƏCƏK

Sentyabrda Bakıda Almaniya Yaşlıların Təhsili Assosiasiyası Beynəlxalq Əməkdaşlıq İnstitutunun Qafqaz filialı Azərbaycanda yaşlıların təhsilinə dair konfrans keçirəcəkdir. Konfransda yaşlıların təhsili siyasəti, təhsil sahəsində sosial tərəfdaşlıq məsələləri, yaşlıların təhsili sistemində peşə təhsilinin yeri və ölkənin iqtisadi inkişafında rolu müzakirə ediləcəkdir. Qafqaz filialının Bakıdakı əlaqələndiricisi Fuad Muradov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, konfransın keçirilməsindən məqsəd müəssisələrdə yaşlıların fasiləsiz təhsilini təbliğ etmək, yerli tərəfdaşlarla məsləhətləşmələr və əməkdaşlıq vasitəsilə yeni qurumlar yaratmaq, yaşlı əhalinin ixtisasını artırmaqdır. Həm dövlət, həm də özəl və qeyri-hökumət təşkilatlarının yaşlıların təhsili sahəsində fəaliyyəti, əmək bazarının tələbatına dair məlumatlar araşdırılacaqdır. Nəticə etibarilə, bütün tədbirlər əhalinin sosial vəziyyətinin yaxşılaşmasına yönəldilmişdir. Konfransın işində Azərbaycanın Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadi İnkişaf nazirliklərinin, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının, Həmkarlar İttifaqları Konfederasiyasının, müvafiq təşkilat və qurumların nümayəndələri iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.