ELM VƏ TƏHSİL
SENTYABRDA DÜNYADA 1865 ZƏLZƏLƏ QEYDƏ ALINMIŞDIR
Azərbaycan Milli Elmlər Akademiyası Yer elmləri bölməsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bülleten şəklində nəşr olunmuş siyahıda 1865 zəlzələnin baş verdiyi yerlər göstərilir. Onların 23–ü Qafqazda olmuşdur. Sentyabrda dünya üzrə ən güclü yeraltı təkanlar Rixter cədvəli üzrə 5,7 bal gücündə Yeni İrlandiya regionunda, 4,7 bal gücündə İranın şimalında baş vermişdir.
AMMM 2003-cü ildə AMEA-nın Geologiya İnstitutunda yaradılmışdır. O, dünyada hər gün baş verən zəlzələlər barədə operativ məlumatlar qəbul edir. Bülleten institutun “Nafta Press” nəşriyyatında çap olunmuşdur. AMMM –in aylıq bülletenində zəlzələlərin baş verdiyi ərazi, tarix, saat, dəqiqə, saniyə göstərilir. Nəşr ölkəmizin dövlət orqanlarına göndəriləcəkdir.
Xatırladaq ki, NSHQOMT–nin dünyada beynəlxalq monitorinq sistemini təşkil edən 337 obyekti var. Bu obyektlər 170 seysmik, 60 infrasəs, 11 hidroakustik, 80 radionuklid stansiyadan və 16 köməkçi radionuklid laboratoriyadan ibarətdir.