DÜNYA


SEYRƏK KİRPİKLƏR ÜÇÜN DƏRMAN TƏSDİQ OLUNMUŞDUR

Kleopatra uzun kirpikləri sayəsində bir baxışla dünyanın gərdişini dəyişə bilərdi. Nazik və seyrək kirpiklər təkcə kosmetik problem deyildir.

Kirpiklər gözü tozdan qoruyan sipərdir. Kirpikləri seyrək olan adamların müalicəyə ehtiyacı vardır. Sinsinatti Universitetinin alimi Diya Mutazim hipotrixoz (tük seyrəkliyi) xəstəliyindən əziyyət çəkən, habelə kimya terapiyası keçmiş adamlara kömək edəcək dərman təqdim etmişdir.

Qələm formasında buraxılan Bimatoprost dərmanı kirpiklərin uzanmasına kömək edir. Tüklər üç mərhələdə inkişaf edir: uzanma dövrü, involyusiya, reqressiya.

Dərmandan həm də qlaukomanın, gözdaxili təzyiqin müalicəsində də istifadə olunur. Bimatoprostun əks təsiri dərinin qaralması, gözlərdə quruluq və qıcıqlanma, göz qapağının qızarmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.