SİYASƏT


ŞEYXÜLİSLAM SƏUDİYYƏ ƏRƏBİSTANININ ALİ TƏHSİL NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə öz iqamətgahında Azərbaycanın təhsil nazirinin dəvəti ilə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının ali təhsil naziri Xalid əl-Anqari və onu müşayiət edən şəxslərlə görüşmüşdür.
A.Paşazadə qonaqlara ölkəmizdə dini sahədə vəziyyət barədə məlumat verərək bildirmişdir ki, Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar dostluq və mehribanlıq şəraitində yaşayır, tolerantlıq hökm sürür və biz bundan qürur duyuruq.
Dost Səudiyyə Ərəbistanının Azərbaycanın haqq işini beynəlxalq təşkilatlarda həmişə dəstəklədiyini xatırladan şeyxülislam demişdir ki, ölkələrimiz arasında əsası iki müqəddəs ocağın xadimi kral Fəhd və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş əlaqələr uğurla inkişaf etdirilir. Qafqaz Müsəlmanları İdarəsinin başçısı Azərbaycan müsəlmanlarının həcc ziyarətinə göstərilən köməyə görə Səudiyyə Ərəbistanının rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Səudiyyə Ərəbistanının ali təhsil naziri Xalid əl-Anqari Azərbaycan Təhsil Nazirliyinin nümayəndələri, universitetlərin rektorları ilə keçirdiyi görüşlərdən danışaraq demişdir ki, bu, ölkələrimizin təhsil sahəsində əlaqələrinin inkişafına təkan verəcəkdir. Qonaq təcrübə mübadiləsinin, bir-birinə tələbə və müəllimlər göndərilməsininin vacibliyini vurğulamış, Azərbaycan xalqının tolerantlığını böyük nailiyyət kimi səciyyələndirmişdir.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, təhsil naziri Misir Mərdanov, deputatlar, xarici ölkələrin səfirləri, universitetlərin rektorları, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvləri, KİV nümayəndələri iştirak etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.