MƏDƏNİYYƏT


“ŞEYX SƏFİ TƏZKİRƏSİ” KİTABI NƏŞR EDİLMİŞDİR “Nurlan” nəşriyyatı “Şeyx Səfi təzkirəsi” kitabını çap etmişdir.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimovun AZƏRTAC-a verdiyi məlumata görə, “Şeyx Səfi təzkirəsi” klassik Azərbaycan tərcümə ədəbiyyatı və ədəbi dil tarixinin ən dəyərli abidələrindən biridir. Tərcümənin orijinalı XIV əsr müəllifi İbn Bəzzaz Ərdəbilinin fars dilində yazdığı “Səfvətüs-səfa” kitabıdır. Məhəmməd İbn Hüseyn Katib Nişati 1543-cü ildə həmin əsəri Azərbaycan türkcəsinə çevirərək, tərcümənin mətnini “Şeyx Səfi təzkirəsi” adlandırmışdır.

Kitabda XIII-XIV əsrlərdə Azərbaycanın ictimai-siyasi həyatının ümumi mənzərəsi işıqlandırılmış, dövrün xüsusi baxışları öz əksini tapmışdır. 58 çap vərəqi, 932 səhifədən ibarət olan bu iri həcmli əsər M.Füzuli adına Əlyazmalar İnstitutunda çapa hazırlanmışdır. Kitabı filologiya elmləri doktoru Möhsün Nağısoylu, filologiya elmləri namizədi Sevər Cabbarlı və Rauf Şeyxzamanlı nəşrə hazırlamışlar. Kitabın redaktoru, izahların və lüğətin müəllifi Möhsün Nağısoyludur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.