SİBİRDƏ RƏNGBƏRƏNG QAR YAĞMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Sibirdə qeyri-adi qar yağmışdır. Tümen vilayətinin 5 şimal rayonunda narıncı və sarı-narıncı rəngə çalan qar müşahidə olunmuşdur. Hazırda FHN xidməti qarın tərkibini analiz edir və onun rəngbərəngliynin səbəbini aydınlaşdırır. Rəngli qar yağandan sonra əhaliyə ondan təsərrüfat məqsədləri üçün istifadə etməmək və küçəyə az çıxmaq tövsiyə olunmuşdur.
İlkin məlumata görə, qarın tərkibində metalın miqdarı çoxdur və insan sağlamlığı üçün təhlükəli deyildir.