Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

«SIĞORTA HAQQINDA» AZƏRBAYCAN RESPUBLIKASININ QANUNUNDA DƏYIŞIKLIKLƏR VƏ ƏLAVƏLƏR EDILMƏSI BARƏDƏ» AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI

«Sığorta haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Sığorta haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 5-ci bəndində və 35-ci maddəsinin 11-ci bəndində nəzərdə tutulmuş kredit reytinqlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.4. həmin Qanunun 8-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq sığortaçının nizamnamə kapitalına qoyulan əmlakın qiymətinin bazar qiymətinə uyğunluğuna nəzarətin həyata keçirilməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6. öz səlahiyyətləri daxilində «Sığorta haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 5-ci bəndində və 35-ci maddəsinin 11-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, «3» avqust 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin