İDMAN


ŞİMALİ İRLANDİYADA İCMALARARASI TOQQUŞMALARDA 25 POLİS YARALANMIŞDIR

AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, iyulun 12-də Şimali İrlandiyanın inzibati mərkəzi Belfastda baş vermiş kütləvi iğtişaşlar zamanı 25 polis nəfəri yaralanmışdır. Protestant Oranjistlər ordeni tərəfdarlarının ənənəvi yay yürüşü bu cür başa çatmışdır.

İğtişaşlar Belfastın şimalında, əsasən, katoliklər yaşayan rayonda baş vermişdir. Protestantların yürüş marşrutu bu rayonun yaxınlığından keçirdi. İki konfessiyanın radikal əhval-ruhiyyəli yüzlərlə nümayəndəsi bir-birini daşa basmış, şüşə qablar atmışlar. Toqquşmanın qarşısını almağa çalışan polis və ordu bölmələri həm katoliklərin, həm də protestantların hücumlarına məruz qalmışlar. Hüquq mühafizə qüvvələri yalnız bir saatdan sonra vəziyyəti nəzarət altına ala bilmişlər.

Şimali İrlandiyada oranjistlərin illik yürüşü, adətən, qızğın icmalararası toqquşmalarla müşayiət olunur. Belə ki, 2002-ci ildə yürüşlər qanlı toqquşmalarla nəticələnmişdi. Güclü təhlükəsizlik tədbirləri görüldüyündən, ötən ilin yayı sakit keçmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.