SİYASƏT
“SİMURQ” BEYNƏLXALQ MEDALI TƏSİS EDİLMİŞDİR
Assosiasiyanın prezidenti professor Fuad Məmmədov AZƏRTAC-ın müxbirinə demişdir ki, bu mükafat əsasən xarici ölkələrin Azərbaycanla sıx əməkdaşlıq edən, demokratiyanın və sülh mədəniyyətinin inkişafına dəstək verən tanınmış ictimai xadimlərə təqdim ediləcəkdir.
İlk medal sülh və vətəndaş cəmiyyəti mədəniyyətinin inkişafı, Assosiasiyanın təşkil olunması və idarə edilməsi, habelə onun fəaliyyətinin dünyaya yayılmasına etdiyi sanballı töhfəyə görə oktyabrın 19-da bu Assosiasiyanın birinci vitse-prezidenti, yarımkeçiricilər fizikası üzrə dünya şöhrətli alim akademik Maqsud Əliyevə onun 80 illiyi münasibətilə AMEA-nın Fizika İnstitutunda keçirilmiş yubiley mərasimində təqdim edilmişdir.
Üzərində “Dünyanı mədəniyyət xilas edəcək” sözləri həkk olunmuş “Simurq” beynəlxalq stolüstü medalı oktyabrın 21-də Macarıstanın paytaxtı Budapeştdə, ölkə parlamenti binasında keçiriləcək beynəlxalq konfransda bütün dünyada sülh uğrunda beynəlxalq və dinlərarası federasiyanın prezidenti doktor Xvan Kuaka və Ümumdünya qeyri-hökumət təşkilatları Assosiasiyanın baş katibi Tac Hamada təqdim edəcəyik.
Yeri gəlmişkən Ümumdünya qeyri-hökumət təşkilatları Assosiasiyanın keçirdiyi beynəlxalq konfransda ölkəmizdən 14 nəfərdən ibarət nümayəndə heyəti iştirak edəcəkdir. Bu, Azərbaycanın həyatında beynəlxalq münasibətlər və xalq diplomatiyası nöqteyi nəzərindən mühüm hadisədir.