İDMAN


SİNQAPUR OLİMPİADASINDA AZƏRBAYCANI 5 GÜLƏŞÇİ TƏMSİL EDƏCƏK

Bakı, 12 avqust (AZƏRTAC). 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti bu gün Sinqapura yola düşəcəkdir.

26 növ üzrə keçiriləcək Olimpiya Oyunlarında Azərbaycan yığması 8 növdə 12 idmançı ilə təmsil olunacaqdır. Sinqapura bu gün yola düşəcək komandamızın heyətində 5 güləşçimiz yer alıb. Onlardan 2-si sərbəst, 2-si yunan-Roma, 1 nəfəri isə qadın güləşi üzrə qüvvəsini sınayacaqdır.

Yunan-Roma güləşi üzrə Murad Bazarov (42 kq) və Elman Muxtarov (50 kq), sərbəst güləş üzrə Kənan Quliyev (54 kq) və Əli Maqomedabirov (100 kq), qadın güləşində isə Patimat Baqomedova (52 kq) ölkəmizi təmsil edəcək. Güləşçilərimiz Olimpiadada sərbəst güləş üzrə yığmamızın böyük məşqçisi Vahid Məmmədov və yunan-Roma güləşi üzrə yığmamızın böyük məşqçisi İlqar Abdulovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov güləş yarışlarında hakimlik edəcəkdir.

Qeyd edək ki, Sinqapur Olimpiadasında güləş yarışları 15-17 avqustda baş tutacaq. Avqustun 15-də yunan-Roma güləşçiləri, 16-da qadınlar, 17 avqustda isə sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.