İQTİSADİYYAT


SİQARETLƏRİ İRANDAN AZƏRBAYCANA KEÇİRƏ BİLMƏDİ

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İran vətəndaşı Xudadad Mənsurbəxt Əli oğlu idarə etdiyi "Mersedes" markalı avtobusula Azərbaycana gələrkən Astara gömrükxanasında yoxlama zamanı maşının salonundakı gizli saxlanc yerindən 1300 qutu müxtəlif növ xarici siqaret aşkarlanmışdır.

Astara gömrükçüləri və Daxili İşlər Nazirliyinin cənub bölgəsi üzrə Regional şöbəsinin əməkdaşları tərəfindən Lənkəran ərazisində birgə keçirilən əməliyyat nəticəsində rayonun Gərmətük kənd sakini Nigar Tarverdiyevanın yaşadığı mənzildən 257 qram narkotik vasitə -qurudulmuş xaşxaş tapılmışdır.

Faktlar üzrə təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.