CƏMİYYƏT


SİQARET ÇƏKMƏK ASTMA RİSKİNİ ARTIRIR

Britaniyalı alim Endryu Pikok demişdir: “Siqaret çəkməyin zərərini göstərən sübutlar günbəgün artmaqdadır”. Onunla razılaşmamaq çətindir.

AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Finlandiya Peşə Gigiyenası İnstitutunun alimləri belə qənaətə gəlmişlər ki, siqaret çəkənlərdə astma xəstəliyinin inkişafı riski çəkməyənlərə nisbətən 33 faiz çoxdur. 1444 adamın iştirakı ilə 30 ay aparılan tədqiqatların nəticələri siqaret çəkməklə astmanın qarşılıqlı əlaqəsinə ən ciddi sübutlardandır.

Tədqiqatlar başlananadək 521 siqaretçəkəndə inkişaf etməkdə olan astmanın əlamətləri qeydə alınmış, 923 nəfərdə isə heç bir əlamət aşkar edilməmişdir. Məlum olmuşdur ki, siqareti atanların astmaya tutulmaq riski heç vaxt çəkməyənlərə nisbətən 49 faiz çoxdur. Özü də bu risk gün ərzində çəkilən siqaretlərin miqdarına mütənasibdir.

Bundan əlavə, məlum olmuşdur ki, siqaret çəkən və onu atan qadınların bu xəstəliyə tutulması riski kişilərlə müqayisədə daha çox - müvafiq olaraq 138 və 143 faizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.