DÜNYA


SİQARET QAÇAQMALÇILARI YAXALANMIŞLAR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Hamburq limanından keçən Litva respublikasına məxsus gəmidə gömrük yoxlaması zamanı qaçaqmalçılıq yolu ilə Avropa Birliyi məkanına keçirilən 25 milyon siqaret aşkar edilmişdir. Gəmi heyətinin 6 dənizçisi Birləşmiş Ərəb Əmirliklərindən yüklənən qaçaq malı gəmidəki konteynerlərin birində, yüklərin arasında gizlətmişdir. Dənizçilər müsadirə olunan qaçaq malı Hamburq və Antverpen limanlarından keçirdikdən sonra Avropa Birliyi ölkələrindən birində qaçaqmalçıların biznes əlaqələndiricilərinə təhvil vermək tapşırığı aldıqlarını bildirmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.