DÜNYA


SİQARET QAÇAQMALÇILARI YAXALANMIŞLAR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Hamburq limanında Litva Respublikasına məxsus gəmidə gömrük yoxlaması zamanı qaçaqmalçılıq yolu ilə Avropa Birliyi məkanına keçirilən 25 milyon qutu siqaret aşkar edilmişdir. Gəmi heyətinin 6 üzvü Birləşmiş Ərəb Əmirliklərindən yüklənən qaçaq malı konteynerlərin birində gizlətmişdir. Dənizçilər müsadirə olunan qaçaq malı Hamburq və Antverpen limanlarından keçirdikdən sonra Avropa Birliyi ölkələrindən birində qaçaqmalçıların biznes əlaqələndiricilərinə təhvil vermək tapşırığı aldıqlarını bildirmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.