ŞİRKƏT UNİVERSİTETİ MÜASİR CİHAZLARLA TƏMİN EDƏCƏKDİR
Azərbaycan Memarlıq və İnşaat Universitetində İsveçrənin “SWİSSPHOTO” şirkəti arasında bu təhsil ocağının “Mühəndis geodeziyası” kafedrasının təmənnasız olaraq ən müasir cihazlarla təmin edilməsi haqqında prinsipial razılıq əldə olunmuşdur.
Bu şirkətin Ticarət və Biznesin İnkişafı Departamentinin direktoru Thomas Vüthrishlə keçirilən görüşdə bundan əvvəl imzalanmış müqavilə çərçivəsində müzakirələr aparılmışdır.