İQTİSADİYYAT


ŞİRKƏT YENİ TƏRƏFDAŞLAR AXTARIR

Bakıda keçirilən “BAKUMEBEL-2004” mebel, taxta emalı və dizayn sərgisində iştirak edən “Muller İnteryer” şirkəti ofis, bank, mehmanxana mebellərinin istehsalı və satışı ilə məşğul olur.

Şirkətin baş direktoru Vüqar Zeynalov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, 1992-ci ildən fəaliyyət göstərən müəssisə müştərilərə tikinti-təmir, dizayn və mebellə təchizat sahəsində kompleks xidmət göstərir. İstehsal üçün xammalı Ukraynadan alan şirkət həm də İtaliya, Almaniya, Polşa, Finlandiya və Çexiyanın bir çox şirkətlərinin Azərbaycanda rəsmi dileridir. “Keyfiyyət heç vaxt dəbdən düşmür” devizi ilə işləyən şirkətin sərgidə iştirakının əsas məqsədi müxtəlif çeşidli məhsulları alıcılara təqdim etmək, yeni müqavilələr bağlamaq üçün tərəfdaşlar tapmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.