MƏDƏNİYYƏT
SKANDİNAVİYALILAR AZƏRBAYCAN UŞAQLARININ YARADICILIĞI İLƏ TANIŞ OLACAQLAR
Sentyabrın 9-da Dövlət Müniatür Mərkəzində azərbaycanlı uşaqların iştirakı ilə bədii proqramın təqdimat mərasimi keçiriləcəkdir. Bununla əlaqədar, Mərkəzdə uşaq rəsmləri sərgisi açılacaq, moda nümayişi keçiriləcək, yeniyetmə həmvətənlərimiz rəqs proqramı ilə çıxış edəcəklər. Azərbaycanın Gənc Hüquqşünaslar İttifaqının və Rəssamlar İttifaqının təşkil etdikləri proqramın əsas məqsədi dünya ictimaiyyətinin diqqətini ölkəmizin istedadlı uşaqlarına cəlb etməkdir.
Gənc Hüquqşünaslar İttifaqından AZƏRTAC-a bildirmişlər ki, Mərkəzin dəvəti ilə ölkəmizə gəlmiş bir qrup eston jurnalisti bu tədbir barədə televiziya proqramı hazırlayacaqdır. Proqram Estoniya dövlət televiziyasında, habelə Skandinaviya ölkələrinin televiziya kanallarında nümayiş etdiriləcəkdir.