ELM VƏ TƏHSİL
SLAVYAN UNİVERSİTETİNDƏ İNGİLİS DİLİ MÜƏLLİMLƏRİNİN İLK KONFRANSI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan İngilis Dili Müəllimləri Birliyi (AzETA) Amerikanın ölkəmizdəki səfirliyi, British Counsil təşkitatı və Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə mayın 1-2-də Bakı Slavyan Universitetində ingilis dili müəllimlərinin ilk konfransını keçirəcəkdir.
Konfransda respublikamızdan 100, digər ölkələrdən 50 nümayəndə, habelə ABŞ-ın Ukrayna səfirliyinin region üzrə İngilis dili proqramlarının direktoru xanım Patrisia Sullivan, bu dilin tədrisinə dair 40-dan yuxarı kitabın müəllifi, britaniyalı professor Maykl Berman iştirak edəcəkdir. Konfransda müstəqillik qazandıqdan sonra Azərbaycanda ingilis dilinin tədrisində əldə olunan uğurlar, qarşıya çıxan çətinliklər haqqında, eləcə də AzETA-nın fəaliyyətinə dair məruzələr dinləniləcək, fikir və təcrübə mübadiləsi aparılacaqdır.