SİYASƏT


S.Lavrov: Artıq uzun illərdir ki, yalnız Ermənistan və Azərbaycan arasında birbaşa danışıqlar aparılır

Moskva, 2 noyabr, AZƏRTAC

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi brifinqdə Qarabağ tərəfinin danışıqlar masası arxasına qayıtması barədə N. Paşinyanın bəyanatı ilə bağlı suala cavabında deyib: “Vaxtilə Qarabağın təmsilçiləri Bakı və Yerevan arasında danışıqlarda iştirak edirdilər. Ermənistan rəhbərliyinin təklifi ilə bu təcrübə dəyişdirildi və artıq uzun illərdir ki, yalnız Ermənistan və Azərbaycan arasında birbaşa danışıqlar aparılır”.

AZƏRTAC xəbər verir ki, S.Lavrov bildirib: “Nikol Paşinyanın Dağlıq Qarabağ tərəfinin danışıqlar prosesinə cəlb olunmasının zəruriliyi haqqında dəfələrlə səsləndirdiyi fikirlərə gəldikdə, biz artıq bu bəyanatı şərh etmişik. Bu məsələni münaqişə tərəfləri özləri həll etməlidir. Vaxtilə Qarabağın təmsilçiləri Bakı və Yerevan arasında danışıqlarda iştirak edirdilər. Ermənistan rəhbərliyinin təklifi ilə bu təcrübə dəyişdirildi və artıq uzun illərdir ki, yalnız Ermənistan və Azərbaycan arasında birbaşa danışıqlar aparılır. Əlbəttə, biz başa düşürük ki, Yerevan danışıqlar prosesindəki mövqeyində Qarabağın məsələyə yanaşma tərzini nəzərə alır, lakin hazırda mövcud olan ikitərəfli formatı dəyişdirmək üçün tərəflərin hər ikisinin razılığı tələb olunur. Bildiyimiz qədər, bu cür razılaşma yoxdur və düzünü desək, mən Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının mahiyyəti üzrə məsələlərin müzakirəsinə başlamaq üçün ilkin şərtlər irəli sürməzdim”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.