İQTİSADİYYAT


SOCAR 2019-cu ildə xam neftin satışından əldə etdiyi gəliri açıqlayıb

Bakı, 30 iyun, AZƏRTAC

SOCAR keçən il müvafiq olaraq, xam neftin satışından 51,1 milyard manat, neft məhsullarının satışından isə 22,2 milyard manat gəlir əldə edib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın gəlirlərində ən böyük artım 25 faizlə təbii qazın satışında qeydə alınıb, bunun da səbəbi “Şahdəniz-2” layihəsində və “Ümid” yatağında hasilatın yüksəlməsidir.

Qeyd edək ki, 2019-cu ildə SOCAR-ın ümumi dövriyyəsi (gəlirləri) 83,8 milyard manat olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.