İQTİSADİYYAT


SOCAR AQŞ “Günəşli”də yeni quyu qazır

Bakı, 2 oktyabr, AZƏRTAC

SOCAR AQŞ “Günəşli” yatağındakı 7 nömrəli stasionar dəniz özülündən 327 nömrəli quyuda qazma işlərinə başlayıb.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, quyunun Balaxanı X horizontuna qazılması planlaşdırılır. Quyunun layihə dərinliyi 2780 metr təşkil edir.

SOCAR AQŞ digər quyularda olduğu kimi bu quyunu da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi planlaşdırır.

Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.