İQTİSADİYYAT
SOCAR AQŞ “Günəşli”də yeni quyunun tikintisini başa çatdırıb
Bakı, 21 fevral, AZƏRTAC
SOCAR AQŞ “Günəşli” yatağında daha bir quyunun tikintisini uğurla və vaxtından əvvəl başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR AQŞ məlumat yayıb. Bildirilir ki, müəssisə 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2 min 800 metr olan 324 saylı quyunun tikinti işlərini təhlükəsiz, vaxtından əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan yekunlaşdırıb. Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
SOCAR bu quyuda olduğu kimi, növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]