İQTİSADİYYAT


SOCAR AQŞ milli qazma sənayesində yeniliyə imza atıb

Bakı, 29 oktyabr, AZƏRTAC

SOCAR AQŞ milli qazma sənayesində yeniliyə imza atıb.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, 3000 at gücünə malik olan “Drillmec HP” yeni nəsil qazma avadanlığından uğurla istifadə edən SOCAR AQŞ “Bulla” yatağının 6 nömrəli dəniz stasionar özülündə 113 nömrəli quyuda ağır çəkili aralıq kəmərinin bir dəfəyə endirmək cəhdini uğurla həyata keçirib. Belə ki, ümumi çəkisi havada 546 ton olan ikinci aralıq kəmərin 5093 metr dərinliyə, çəkisi 393 ton olan texniki kəmərin isə 5619 metr dərinliyə bir dəfəyə endirilməsi və sementlənməsi uğurla həyata keçirilib.

SOCAR AQŞ-nin baş direktorunun müavini, baş geoloq İftixar Qasımov deyib: “Hazırda 113 nömrəli quyuda qazma işləri 5620 metr dərinlikdə davam etdirilir. Qazma işləri “Bulla” yatağı üçün ən məhsuldar sayılan VII horizontu tam bağlamaqla davam etdiriləcək və quyruq kəməri endirilərək sementlənəcək. Layihəyə əsasən 113 nömrəli istismar quyusu VIII horizontu açmaqla tamamlanacaq və istismara veriləcək. Xəzər dənizinin Azərbaycan sektorunda yüksək təzyiqli və temperaturlu quyuların qazılması zamanı və o cümlədən, “Bulla” yatağı üzrə V və VII horizontlardan beynəlxalq standartlara cavab verən süxur nümunələrinin götürülməsini ilk dəfə olaraq SOCAR AQŞ həyata keçirib. Əminəm ki, görülən işlər nəticə etibarı ilə respublikamızın qazma sənayesinin inkişafında yeni səhifə açacaq”.

Qeyd edək ki, SOCAR AQŞ milli qazma sənayesində ilk dəfə olaraq 2017-ci ildə “Bulla” yatağının 6 nömrəli dəniz stasionar özülündən qazılan 78 nömrəli axtarış quyusunun tikintisi zamanı dərin quyularda qoruyucu kəmərin iki mərhələdə endirilməsi ənənəsinə son qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.