İQTİSADİYYAT


SOCAR AQŞ və “Surqutneftqaz” əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakı, 7 noyabr, AZƏRTAC

SOCAR AQŞ və “Surqutneftqaz” ASC gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, SOCAR AQŞ-də “Surqutneftqaz” ASC-nin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə SOCAR AQŞ-nin Azərbaycanda və Banqladeş Xalq Respublikasında həyata keçirdiyi qazma layihələri barədə məlumat verilib. “Ümid” və “Bulla” kimi mürəkkəb geoloji quruluşa malik yataqlarda aparılan qazma layihələri qonaqlarda zəngin təəssürat yaradıb.

Nümayəndə heyəti müəssisədə həyata keçirilən dinamik idarəetmə sistemi, rəqəmsal texnologiyaların tətbiqi, işçi personalının təkmilləşdirilməsi istiqamətində aparılan yeni layihələrlə də tanış olub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın daha geniş inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.